XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2017 - 18:40

Prezident İlham Əliyev Pedro Pablo Kuçinskiyə məktub göndərdi –Mətn

Azərbaycan Prezidenti İlham Əliyev Peru Prezidenti Pedro Pablo Kuçinskiyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Peru arasındakı dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və firavanlıq arzulayıram".