Rusiya İŞİD-lə mübarizədə nüvə silahından istifadə edə bilər.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı eyham vurub.
Putin İŞİD-in Aralıq dənizindəki “Rostov Don” sualtı qayığından ilk dəfə “Kalibr” qanadlı raketlərlə vurulmasını yüksək qiymətləndirib: “Bu, müasir və yüksək keyfiyyətli, yüksək dəqiqliyə malik silahdır. Ənənəvi və xüsusi başlıqdan əlavə, nüvə başlığı ilə də təchiz oluna bilər”(Axar.az).
Qeyd edək ki, Rusiya ötən gün İŞİD-i Aralıq dənizindəki “Rostov Don” sualtı qayığından ilk dəfə olaraq “Kalibr” qanadlı raketilə vurub.