XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2017 - 20:50

Bu gün Xəzərdə boğulmaq üzrə olan 8 nəfər xilas edilib –FHN-dən açıqlama

Bu gün Xəzərdə boğulmaq təhlükəsi ilə üzləşən 8 nəfər xilas edilib.

Strateq.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə gün ərzində Sabunçu rayonunda 4, Xəzər rayonunda 2, Abşeron rayonunda 1, Sumqayıt şəhəri, Corat qəsəbəsində 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Həmin şəxslər hadisə yerinə cəlb edilmiş dalğıc-xilasedicilər tərəfindən xilas edilib.