Abxaziyada kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç Rusiya vətəndaşı ölüb.
İnsident Pitsunda rayonunda qeydə alınıb.
Məlumata görə, qəzaya uğramış təyyarə Rusiyanın özəl aviaklublarından birinə məxsus olub.
Ölənlər arasında 11 yaşlı qızın olduğu bildirilir.
Hadisə yerinə xilasedicilər cəlb edilib. Hadisənin səbəbləri araşdırılır.
APA