Qüdsün tarixi mərkəzində baş vermiş toqquşmalar nəticəsində azı 50 nəfər xəsarət alıb.
Bu barədə “Qızıl Aypara” cəmiyyətinin məlumatında bildirilir.
“Əməkdaşlarımız toqquşmalar zamanı xəsarət alan 56 şəxsə kömək ediblər”, – deyə cəmiyyətin məlumatında bildirilir.
Polisin məlumatına görə, asayiş keşikçilərinin Əl-Aksa məscidi qarşısında toplaşan dindarlar tərəfindən daş-qalaq edilməsi qarşıdurmaya səbəb olub. Polis toqquşmalar zamanı yalnız bir polis əməkdaşının yaralandığını iddia edir.
Fələstinlilər isə, öz növbəsində, insidentin baş verməsində israilliləri günahlandırıblar. Onlar israillilərin dindarların Əl-Əksa məscidinə daxil olmasına imkan vermədiklərini iddia ediblər.
Polis əməkdaşlarının səsli qumbara və rezin güllələrdən istifadə etdiyi bildirilir.
APA