XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2017 - 11:21

Gülnarə Kərimovanın oğurladığı var –dövlətin siyahısı açıqlandı –Daşkənd 12 dövlətə müraciət etdi  

Özbəkistanın keçmiş prezidentinin qızına qarşı 2015-ci ildə ittiham irəli sürülüb və 5 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Özbəkistan Baş prokurorluğu məlumat yayıb.

Strateq.az RİA-ya istinadən bildirir ki, o, hazırda həbsdədir. Açıqlamada deyilir ki, Gülnarə Kərimovaya qarşı “külli məbləğdə dövlət əmlakının mənimsəmək, hədə-qorxu ilə pul tələb etmək” maddələri ilə ittiham irəli sürülüb.

Rəsmi Daşkənd Rusiya və digər bir neçə ölkəyə müraciət edərək G. Kərimova ilə əlaqədə olmuş cinayətkar qrupun üzvlərini həbs etməyi xahiş edib: “İstintaq materiallarından aydın olur ki, 12 xarici ölkənin ərazisində cinayətkar dəstənin 1 milyard 394 milyon dollarlıq, 63 milyon avroluq, 27,1 milyon funtluq, 18,5 milyon franklıq  aktivləri leqallaşdırılıb”– deyə məlumatda deyilir.  

G.Kərimovanın İsveçrədə 777,8 milyon dollarlıq hesabı və Koloni şəhərində dəyəri 18,5 milyon frank olan villası aşkar edilib. Cinayətkar dəstənin əlində həmçinin Fransa, Honqkonq, İsveç, Britaniya, Latviya, İrlandiya, BƏƏ, Malta və İspaniyada mülklər olub.  Rusiyada isə özbək müstəntiqləri 6 milyon dollar, penthauz, bahalı “Rublyovka” mssivində iqamətgah, Moskvada 8 ev, Yaltada otel kompleksi, ev və torpaq sahələri aşkar edib.

G. Kərimova ilə əlbir olan dəstənin bir neçə üzvü istintaqa ifadə verərək etiraf ediblər.