XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 December 2015 - 10:52

Məsuliyyət Ermənistanın cinayətkar rejiminin üzərinə düşəcək! – Müdafiə Nazirliyi xəbərdarlıq etdi

cəbhə

Azərbaycan Ermənistana xəbərdarlıq etdi

Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi atəşə tutub.

Bu barədə strateq.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, dekabrın 9-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqələrimizi minaatanlardan və iriçaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyi xəbərdar edir ki, dinc əhalimizin yaşadığı kəndləri atəşə tutan işğal olunmuş ərazilərdəki təmas xəttinə yaxın yaşayış məntəqələrində yerləşən düşmənin döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə ordumuz cavab tədbirləri görəcək və buna görə məsuliyyət Ermənistanın cinayətkar rejiminin üzərinə düşəcək”.

Strateq.az