XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2017 - 22:54

Türkiyə aeroportlarında yeni sistemin tətbiqinə başlandı –Baqajla bağlı

Türkiyə aeroportlarında baqajların qəbulunda yeni sistemin tətbiqinə başlanılıb.

Yeni sistem aeroportlarda sərnişinlərin qeydiyyatdan keçmə prosesini sürətləndirəcək.

Qeyd edək ki, ilk dəfə bu trend Atatürk Hava Limanında tətbiq olunub. Bu texnologiya zamanı sərnişinlər çemodanlarını sərbəst şəkildə özləri baqaja təhvil verə biləcəklər.

Pasport qeydiyyatından keçdikdən sonra sərnişinlərə baqajları üçün xüsusi kod təqdim olunacaq.

Qeyd edək ki, bu sistem hələki beynəlxaql reyslərdə tətbiq olunur. Yaxın günlərdə sistemin daxili uçuşlarda tətbiqinə də başlanacaq/Trend.