XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2015 - 12:09

“Hazırda nazirliyin helikopteri axtarışı davam etdirir” – FHN-dən açıqlama

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışları davam edir.  

Strateq.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hava şəraitinin mürəkkəb və təhlükəli olmasına baxmayaraq, FHN bu gün də dənizdə itkin düşənlərin axtarış işlərini dayandırmayıb:

“Hazırda nazirliyin 1 helikopteri şimal, şimal-şərq, digər helikopteri isə cənub istiqamətində axtarış işləri aparır. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri isə sahilboyu axtarış işlərini davam etdirir”.