XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2017 - 13:11

Azərbaycanın 10 rayonunda pambıq tədarüküməntəqələri tikiləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC Ağcabədi, Ağsu, Biləsuvar, Füzuli, Kürdəmir, Sabirabad, Neftçala, İmişli, Salyan və Yevlax rayonlarında pambıq tədarükü məntəqələrinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üzrə iş və xidmətlərin satın alınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 7-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə sentyabrın 15-nə qədər “Aqrolizinq”in Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 12 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Ruslan Hüseynovdur. Telefon: (012) 452 66 94, (051) 255 92 42, E-poçt: [email protected]

Təkliflərə sentyabrın 18-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.