XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 İyul 2017 - 13:46

“Azərbaycan Dəmir Yolları” elektrongediş kartlarının tətbiqinə hazırlaşır

demiryol-11.jpg

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları Departamenti elektrik qatarlarına bilet satışı (lot-1) və elektron gediş karlarının tətbiqi (lot-2) üçün lazım olan avadanlıqların satın alınması məqsədi ilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı hər lot üzrə 200 manatdır.

İddiaçılar tender ilkin sənədləri sentyabrın 5-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 13-nə qədər ADY-nin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Vidadi Məmmədovdur. Telefon: (012) 499 65 33.

Təkliflərə sentyabrın 14-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.