XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2017 - 16:57

Azərbaycan vətəndaşı Rusiyadaintihara cəhd etdi

Rusiyada miqrantların müvəqqəti saxlanıldığı yerdə Azərbaycan vətəndaşı intihara cəhd edib.

“Report” xəbər verir ki, soydaşımız məmurların yaratdığı şəraitə dözə bilməyib. Çünki nəzarətçilər üç aydır onu Perm şəhərindəki müvəqqəti saxlama yerində qalmağa məcbur edərək, Azərbaycana qayıtmağına imkan vermirlər.

Məhkəmə Azərbaycan vətəndaşı barəsində Rusiyadan deportasiya edilməsi haqda qərar qəbul etsə də, ona ən azı avqustun 14-dək müvəqqəti saxlama yerində qalmalı olacağı bildirilib.

Hazırda onun sənədləri Rusiya Daxili İşlər Nazirliyi Perm İdarəsinin uyğun qurumunda yenidən yoxlanılır.

Şahidlərin sözlərinə görə, yerli miqrasiya xidməti naməlum səbəblərdən miqrantların çoxunun öz vətənlərinə getməsini 6 ayadək uzadır.