XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2015 - 21:48

“Konfrans zalında bir yerdə türk bayrağını gördüm və…” – VİDEO

 “Tayyib Ərdoğanın İlham Əliyevi G20 sammitinə dəvət etməsilə Türkiyənin əməldə bir qardaş olduğunu hiss etdik” 

 
Türkiyənin Antalya şəhərində TRT-nin moderatorluğu ilə düzənlənən 3-cü Uluslararası Media Eğitim proqramına qatılan Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə “TRT Avaz”-ın canlı yayınında qonaq olub… 

 
– Xoş gəlmisiz, əfəndim.
 
– Xoş bulduk.
 
– Burada önəmli bir toplantı gerçəkləştiriliyor. 3 qitədən, 47 ölkədən, 115 mediya təmsilçisi qatılıb. Bu önəmli bir rəqəm əlbəttə. üç qitədən media təmsilcilərinin Antalyada bir araya gəlmiş olması və tək mövzu ətrafında bütün söhbətin, çalışmaların odaklanması, şəkillənmiş olması böyük önəm taşıyor. Ancaq bəzi ölkələr var ki, bizim həm zehnimizdə, həm gönlümüzdə ayrıcalıqlı bir yerə sahibdirlər. Bu ölkələrin başında da əlbəttə ki, Azərbaycan gəlir. Siz Azərbaycan heyətinin bir nömayəndəsisiniz. öncəliklə Türkiyə ilə Azərbaycan arasındakı ilişkilərin media sektoruna nasıl yansıdığı sualı ilə başlamaq istəyirəm. Bu, bizə bir avantaj verirmi? 
 
– öncəliklə bu an burada bulunmaqdan özümü çox şanslı hesab edirəm və fürsətdən istifadə edərək Azərbaycandan qardaş Türkiyəyə qucaq dolu salam gətirdiyimi bildirirəm. Biz iki bayrağa sahib olsaq da, tək dövlətik, tək qəlbik. Bir neçə gün öncə sayın Davudoğlu Azərbaycanı ziyarət etdi. Ziyarət əsnasında Azərbaycanın üçrəngli bayrağını öpüb gözünə basması bizi çox duyğulandırdı. Bu, bir neçə gün Azərbaycan mediasının baş xəbərinə çevrildi. Mən fürsətdən istifadə edərək öz adıma borclu qalmadım. Dünən konfrans zalında bir yerdə türk bayrağını gördüm. O bayrağı götürüb öpüb gözümün üstünə qoydum. Bildirmək istəyirəm ki, biz hər zaman azərbaycanlılar olaraq Türkiyənin qüdrətlənməsi üçün, Türkiyənin regional deyil, dünyanın ən qüdrətli ölkələrindən biri olması üçün arzu, təmənna edirik. Və bu günlərdə də Antalyada G20 sammitinin keçirilməsindən çox qürurlandıq. Hər birimiz elə zənn etdik ki, biz də Antalyadayıq. Türkiyə bizim güvənc yerimizdir. Türkiyənin inkişaf etməsi, qüdrətlənməsindən hamımız qürur duyuruq və bütün dualarımız Türkiyə üçündür.
 
– Sayın Hüseynzadə, Antalyada gerçəkləşdirilən G20 zirvəsində sayın cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan eyni zamanda Azərbaycan cumhurbaşqanı sayın İlham Əliyevi də onur qonağı olaraq dəvət etdi. Bu, iki ölkənin sadəcə qardaş olmasının ötəsində bölgədə iki önəmli stratejik ortaq olduğunun göstərgəsi niteleyində idi. Azərbaycan xəbər mediası bu gəlişməyi nasıl okudu?
 
– Mən media kapitanı olaraq bi zirvəni izlədim və demək olar ki, bir neçə gün ərzində əsas xəbərlər həmin zirvə toplantısı ilə bağlı idi. G20 sammitində sayın Ərdoğanın sayın İlham Əliyevi dəvət etməsi təbii ki, mediada əsas ilgi buldu. Bununla da biz bir daha əmin olduq ki, qardaş dildə deyil, əməldədir və Türkiyənin əməldə bir qardaş olduğunu hiss etdik. Bir daha qeyd etmək istəyirəm ki, duyğulandıq. Biz elə zənn etdik ki, iki dövlət olsaq da tək millətik və bəlkə də tək dövlətik. Biz elə hesab etdik ki, elə biz də həmin G20–nin üyəsiyik. Bundan çox qürurlandıq və Türkiyəyə sonsuz təşəkkürlərimiz sunuruq. 
 
Sayın Hüseynzadə, biz evet iki önəmli stratejik ortağıq, bölgədə  Azərbaycanın da Türkiyənin də gelişmə perspektivi ortada. Ancaq bəzi təməl konular var ki, bu mövzuların dünyaya düzgün çatdırılması çox önəmli. Vəsilə və arac da əlbəttə ki, media. Misal üçün işğal altındakı Azərbaycan torpaqları, Dağlıq Qarabağ mövzusunda, Xocalıda yaşanan soyqırımı mövzusunda dünyaya özümüzü daha yaxşı tanıda bilmək üçün bəzi sıxıntılarımızın olduğu açıq. Bu anlamda siz bir yeni media adlandırıla biləcək bir media sektorunun təmsilçisi olaraq nələr yapıla bilir, Türkiyə və Azərbaycan yeteri kadar işbirliyi yapa bilirmi bu anlamda?
 
– öncəliklə bunu bildirim ki, Azərbaycanda tez tez tartışılan bir məsələ var. Biz öz dərdlərimizi, həqiqətlərimizi ancaq özümüzə və qardaşlarımıza, qardaş Türkiyəyə deməklə kifayətlənirik. Sərhədlərimizin o tayında həqiqətlərimizi Batı dünyasına çatdırmaqda zorlanırıq. Bu məsələdə Azərbaycanda internet media olaraq yeni projelər həyata keçirilir, bir neçə əcnəbi dildə internet saytları hazırlanır və biz çalışırıq ki, həqiqətlərimizi dünya ictimaiyyətinə başqa-onların öz anladığı dildə başa salaq. Bir neçə gün öncə Türkiyənin rus uçağını vurmasından sonra dünya mediasının gündəmini zəbt etmiş məsələlər var. Azərbaycanda da biləsiniz ki, fərqli düşüncədə olan media qurumları var. Ancaq əsas bizim, şəxsən mənim rəhbərlik etdiyim media qurumu birmənalı şəkildə Türkiyənin bu məsələdə haqlı olduğunu göstərib. Putinin Türkiyəyə qarşı səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətində biləsiniz ki, q
ıcıqla qarşılanıb. Və biz bu məsələdə Türkiyənin yanındayıq. Bildirmək istəyirəm ki, bizim Türkiyədən öyrənəcəyimiz burada egitim proqramında da səsləndirildi. öyrənə biləcəyimiz, öyrənəcəyimiz çox şeylər var. İstərdik ki, əl-ələ verərək bütün platformalarda qardaş olduğumuzu ifadə edərək, bu məsələdə həqiqətlərimizin dünyaya doğru-düzgün çatdırılması üçün əl-ələ verək, Türkiyənin dəstəyi ilə əcnəbi dillərdə onların – batı dünyasının başa düşəcəyi dildə həqiqətlərimiz onlara çatdıraq. Mənim qənaətim budur ki, bəzən yanaşmalar qərəzli deyil, həqiqətləri o ictimaiyyətə, o ölkələrin xalqlarına doğru-dürüst çatdırılmadığına görə yanlış anlaşılmalar var. Ona görə də biz ümid edirik ki, əl-ələ verib, böyük işlər görə bilərik. Bu Egitim proqramı da fürsət oldu. Yəni qeyd etdiyiniz kimi, 47 ölkədən 115 jurnalistin qatılması çox önəmli bir şey. Bəzi təmaslarda bulunduq, fikir mübadiləsi alış-verişində olduq. Və ümid edirəm ki, həqiqətlərimizin, türk dünyasında baş verənlərin dünya ictimayyətinə çatdırılmasında bu bir şans oldu
 
– Sayın Hüseynzadə, bəli, bəzı hakikatlarimizi doğru anlatabilmək önəmli, eyni zamanda sahib olduğumuz gözəllikləri anlata bilmək də çox önəmli. Məsələn, bu dəqiqə Antalyadayız. Dənizi, qumu, Günəşi bir turizm cənnəti. Türkiyə bir tarix cənnəti. Azərbaycan da eyni şəkildə elə, bir Qəbələ, bir Şəki olsun. Gerçəkdən bu dəyərlərin dünyaya anlatıla bilməsi anlamında da media çalışanlarına önəmli bir sorumluluq düşdüyü qənaətindəyəm. Biz gözəlliklərimizi, sahib olduğumuz zənginlikləri anlatmaq nöqtəsində yetərsiz qalırıqmı deyə soruşacağam sizdən.
 
– Bəli. Mən düşünürəm ki, hələlik yetərsiziz. Təsəvvür edin ki, bizim dinimiz, kültürümüz, hər şeyimiz eyni olduğu kimi, coğrafiyamız da, təbiətimiz də eyni, dünyanın incilərindən, gözəlliklərindən biri. Mən burada ziyarət əsnasında Rusiyadan gələn turistlərin bu olay sonrası buranı tərk etdiyini eşitdim və üzüldüm. Düşünürəm ki, bunlar hamısı keçicidir. Türkiyə elə bir vazgeçilməz turizmə sahib ki, müəyyən dövrdən sonra gedənlər yenidən qayıdacaqlar. Düşünürəm ki, Türkiyənin turizm potensialı, Türkiyənin turizm sektoru elə bir vəziyyətdədir ki, insanlar enində-sonunda Türkiyəni seçəcəklər. Bu mövzuda da düşünürəm ki, biz əl-ələ verərək, istər Türkiyənin, istər Azərbaycanın turizminin inkişafı üçün müəyyən projelər həyata keçirə bilərik. Və düşünürəm ki, bu uğurlu alınar.
 
– çox təşəkkür edirəm yayınımıza qatıldığınız üçün. Belə bir Uluslararası Media Proqramında yer aldığınız və can Azərbaycanı təmsil etdiyiniz üçün mütəşəkkiriz.
 
– Mən də təşəkkür edirəm. Sizin kimi mən də sizin fikirlərinizə qüvvət olaraq bildirirəm ki, biz də hər zaman can Türkiyə deyirik. Türkiyə bizim qürur yerimizdir, güvənc yerimizdir. Allah bu qardaşlığı bizdən əskik etməsin.
 
-çox təşəkkür edirik.
Azerbaycan'da Radyo TV Yayıncılığını Zülfikar Hüseyinzade Anlatıyor – TRT Avaz – YouTube