Səudiyyə Ərəbistanı İraq Kürd Regional Rəhbərliyinə 8 milyard dollar yardım edib.
Axar.az xəbər verir ki, bu barədə İranın “FarsNyus” agentliyinə İraqın kürd siyasi partiyalar blokunun nümayəndəsi Sərvah Abdülvalid məlumat verib.
Bildirilib ki, İraq Kürd Regional Rəhbərliyinin rəhbəri Məsud Bərzaninin Səudiyyə Ərəbistanına səfəri zamanı bu barədə razılıq əldə edilib.