XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

30 İyul 2017 - 10:52

Federika Moqerini Irana səfər edəcək –Məqsəd

Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini avqustun 5-də Tehrana səfər edəcək.

APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, F.Moqerini İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının Birləşmiş Komissiyasının sədri qismində İran prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimində iştirak edəcək.

Səfər çərçivəsində Avropa İttifaqının diplomatiya rəhbəri İran rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Danışıqlarda İranın nüvə proqramı üzrə fəaliyyət planının həyata keçirilməsi məsələsi, eləcə də ikitərəfli və regional əhəmiyyətli məsələlər müzakirə olunacaq.