XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

30 İyul 2017 - 11:57

Sabah hava necə olacaq? –Proqnoz

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər evrir ki, sabah mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə  22-25° isti, gündüz  30-35° isti olacağı gözlənilir. Bakıda gecə 23-25° isti, gündüz  32-34° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80%,  gündüz  45-55 % olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 31-də hava şəraiti yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı ehtimalı var. Ayrı-ayrı  yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə  20-25° isti, gündüz  35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz  25-30° isti olacağı gözlənilir.