Bu gün Bakı şəhəri, Xətai rayonunda 2 ha sahədə quru ot və məişət tullantıları yanıb.
Strateq.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.