"Məqsədlərimizə çatmaq və təhlükəsizliyimizi təmin etmək üçün ölkə tarixinin ən güclü ordusunu yaratmağımız lazımdır".
Bu sözləri Çin rəhbəri (Çin Xalq Respublikasının sədri) Si Szinpin bu gün Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 90 illiyi münasibətilə keçirilən hərbi paradda bildirib.
"Əmin-amanlığı qoruyub saxlamaq ordunun əsas öhdəliyidir. Bu gün milli dirçəliş hədəfimizə həmişəkindən daha çox yaxınıq və tariximizin ən güclü xalq ordusunu yaratmalıyıq", – Szinpin bildirib/Axar.az.