XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 July 2017 - 16:32

Neymar PSJ-yə keçsə, əlavə 300 milyon qazanacaq –Müqavilədə yeni bənd

“Barselona”nın hücumçusu Neymar PSJ-yə keçəcəyi halda Paris klubunun sahibi olan “Qatar Sports Investments” şirkəti ilə müqavilə bağlayacaq.

Qol.az-ın məlumatına görə, müqaviləyə əsasən, Neymar 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının səfiri olacaq. O, müqavilənin bağlandığı müddətdən dünya çempionatının yekunlaşacağı günə qədər olan 5 il ərzində ümumən 300 milyon avro (ilinə 60 milyon avro) qazanacaq.

İddia olunur ki, Neymar bu gün Çinə, oradan isə Qətərə yola düşəcək. Qəzet iddia edib ki, braziliyalı futbolçu bundan sonra Kataloniya klubunun düşərgəsinə qayıtmayacaq.