ABŞ Cənubi Koreyaya yerləşdirmək istədiyi THAAD raketdən müdafiə sisteminin uğurlu sınağını həyata keçirib.
Bu barədə ABŞ Raketdən Müdafiə Agentliyinin (MDA) rəhbəri general Sem Qrivz məlumat verib.
Sınaq Sakit okeanda keçirilib. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin buraxdığı ballistik raket Alyaskada quraşdırılmış THAAD sistemi tərəfindən tutulub/Axar.az.