XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

31 İyul 2017 - 10:53

Hacıqabulda italyansayağı vendetta –Beş nəfəri öldürən şəxs evə "Moskva Natiq"ə görə basqın edib

Hacıqabulda 5 nəfərin öldürülməsi ilə nəticələnən evə basqın kriminal “razborka”dan qaynaqlanıbmış.

Xəbər verdiyimiz kimi, bu gecə Hacıqabul rayonunda dəhşətli cinayət hadisəsi baş verib. B.İbrahimov küçəsindəki evlərdən birinə soxulan silahlı şəxs evdə olan ailə üzvlərinə odlu silahdan atəş açıb. Hadisə nəticəsində evin xanımı – 59 yaşlı Almara Qəmbərova, onun qardaşı Nazim, qardaşı oğlu Namiq, qızları Gülbağda aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər. Evin sahibi Məhəmməd Qəmbərov isə ağır güllə yaraları ilə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Virtualaz.org saytının əldə etdiyi təsdiqlənməmiş məlumata görə, hadisə ailənin Moskva şəhərində ticarətlə və idmanla məşğul olan oğlu “Moskva Natiq” ləqəbli kriminal avtoritetlə uzun illər məhkumluq həyatı yaşamış Hacıqabul rayon sakini Mübariz Mehdiyevlə aralarında uzun müddətdir ki, yaşanan münaqişə nəticəsində baş verib.

Hadisə vaxtı Natiq Qəmbərov Azərbaycanda olsa da, Hacıqabuldakı evlərində olmadığından, xəsarət almayıb. Hadisəni törətmiş Mübariz Mehdiyev isə əlində olan odlu silahdan özünə atəş açaraq intihar edib.

Faktla bağlı hüquq-muhafizə orqanlarında araşdırmalara başlanılıb.