XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 December 2015 - 08:19

“Qarabağ” yenə tarix yaza biləcəkmi? – Bu gecə iki komandamız Avropa Liqasında “döyüşəcək”

Bu axşam Bakı vaxtı ilə saat 22:00-da və dekabrın 11-nə keçən gecə saat 00:05-də keçiriləcək oyunlarla Avropa Liqasının qrup mərhələsinə yekin vurulacaq.

Azərbaycanı bu yarışlarda təmsil edən “Qarabağ” J qrupunda 7 xalla ikinci yerdə qərarlaşan “Anderlext”in qonağı olacaq. 4 xalla sonuncu yerdəki “Qarabağ” bu çətin oyunda qələbə qazanmaqla növbəti mərhələyə vəsiqə qazana bilər.

öz qrupunda növbəti mərhələyə çıxmaq şansını itirən digər təmsilçimiz “Qəbələ” saat 22:00-da Bakıda 10 xalla C qrupunun lideri olan “Krasnodar”ı sınağa çəkəcək.