XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

31 İyul 2017 - 18:02

Zakir Qaralov:"Ermənistanın 1 yaşlı Zəhranı qətlə yetirməsi faktı ilə bağlı istintaq-əməliyyat qrupu yaradılıb"

Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alxanlı kəndini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində kənd sakinləri – 51 yaşlı Sahibə Allahverdiyeva və onun 1 yaşlı nəvəsinin həlak olması faktı ilə bağlı istintaq-əməliyyat qrupu yaradılıb.

Trend-in məlumatına görə, bunu Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Zakir Qaralov bildirib.

Baş prokuror bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini və beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq iyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində kənd sakinləri – 51 yaşlı Sahibə Allahverdiyeva və onun 1 yaşlı nəvəsinin həlak olması, digər mülki şəxs 52 yaşlı Səlminaz Quliyevanın ağır bədən xəsarətlər alması, eləcə də vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi faktlarına görə Füzuli rayon prokurorluqlarında dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün istintaq-əməliyyat qrupu yaradılıb.