XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2017 - 19:23

Şəmkirdə yol kənarında əl qumbarası tapıldı –FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına əsasən, Şəmkir rayonunun Bayramlı kənd yolunun kənarına baxış keçiriblər. Baxış zamanı bir ədəd F-1 əl qumbarası aşkar edilərək götürülüb. Nəticədə 100 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, agentlik tərəfindən yanvarın 1–dən iyulun 31-dək 5850 partlamamış hərbi sursat, tank əleyhinə 194 mina və piyada əleyhinə 31 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 4 milyon 694 min 877 kvadratmetr ərazi yoxlanılıb.