XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

31 İyul 2017 - 19:52

Naxçıvan Ali Məclisinin sədri İqdır vilayətinin valisi ilə görüşüb –FOTO

İyulun 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası İqdır Vilayətinin yeni valisi Ənvər Ünlü ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Ali Məclisin Sədri onu İqdır vilayətinə vali təyin olunması münasibətilə təbrik edib. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələrin tarixi inkişaf yoluna nəzər salıb, Naxçıvanın və İqdırın ölkələrimiz üçün əhəmiyyətini vurğulayıb. Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı və mövcud inkişafı haqqında məlumat verən Ali Məclisin Sədri iqtisadi-ticarət, elm, təhsil, səhiyyə, ordu quruculuğu və turizm sahəsindəki ikitərəfli əlaqələrdən danışıb, azad ticarətin təşkilinin münasibətlərin inkişafına töhfə verəcəyini bildirib.

İqdır Vilayətinin valisi Ənvər Ünlü Naxçıvanda olmaqdan məmnunluğunu bildirib və göstərilən xoş münasibətə görə minnətdarlıq edib. Ölkələrimiz arasındakı münasibətlərin əməkdaşlığın genişləndirilməsi üçün hərtərəfli əsas yaratdığını vurğulayan vali fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələrin inkişafına çalışacağını bildirib.

Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Nuru Quliyev və Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Nihat Ərşən görüşdə iştirak ediblər.