XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

31 İyul 2017 - 20:27

Dövlət Reklam Agentliyinin təşkili haqqında Fərman imzalandı –Bir milyon manat ayrıldı

Azərbaycan Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Reklam Agentliyinin fəaliyyətinin təşkili haqqında Fərman imzalayıb.

Fərmana əsasən Dövlət Reklam Agentliyində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib.

Prezidentə nizamnaməsinin təsdiqi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, yenidən təşkili və ləğvi məsələləri, təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi səlahiyəti verilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti illik maliyyə hesabatlarının təsdiqi həvalə olunub.

Agentliyə isə strukturunun təsdiqi, inkişaf istiqamətlərinin müəyyən edilməsi ilə bağlı səlahiyyət verilib.

Agentliyin nizamnamə fondu 10 000 (on min) manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır. Agentlikdə 3 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurası üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Agentliyin ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 000 000 (bir milyon) manat ayrılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2017-ci il avqustun 1-dən açıq məkanda reklam daşıyıcılarının və reklam yerləşdirilməsinin tənzimlənməsi və bu sahədə nəzarətin təmin edilməsi üçün “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Fərmanla təsdiq edilmiş Nizamnamə ilə müəyyən edilmiş qaydada tədbirlər görməlidir. Yerli icra hakimiyyəti orqanlarına və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb ki, bələdiyyələrə isə tövsiyə edilib ki, 2017-ci il avqustun 1-dək müvafiq ərazidə açıq məkanda mövcud olan reklam daşıyıcıları və yayımlanan reklam haqqında məlumatları, bununla bağlı mövcud olan bütün sənədlərin (o cümlədən icazə, texniki şərtlər pasportu və s.) surətlərini və həmin məlumatları əks etdirən elektron siyahını 20 gün müddətində Agentliyə təqdim etsinlər.