İsrail səfirliyi "Haaretz” qəzetinin saytında Azərbaycanla bağlı yazının dərc olunması və həmin məqalədə turizm naziri Yariv Levinin səsləndirdiyi fikirlərə münasibət bildirib.
İsrailin Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, səfir Dan Stav qəzetdə yayılan xəbərin doğru olmadığını bildirib: "Bu cür məqalə İsrail mətbuatında dərc olunmayıb. Nazir Yeriv Levin məqalədə qeyd olunduğu sözləri heç vaxt deməyib”.
Qeyd edək ki, İsrailin “Haaretz” qəzeti Y.Levinin mətbuat konfransında söylədiklərinə istinadən Azərbaycan Prezidentinin ailəsinin bu ölkəyə guya investisiyalar yatırması ilə bağlı məqalə dərc edib. Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov isə yayılan məlumatları təkzib edib.