XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Avqust 2017 - 14:00

Rezidenturaya əlavə yerləşdirmənin nəticələri açıqlandı:"Avqustun 2 və 3-də qeydiyyatdan keçməlidirlər"

Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə qəbul üçün keçirilən müsabiqənin nəticələrini açıqlayıb.

Strateq.az DİM-ə istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək üçün 13 namizəd ərizə ilə müraciət edib. onların 11-i rezidenturaya qəbul olub.

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri avqustun 2 və 3-də Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.