XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Avqust 2017 - 19:23

İƏT-ə daxil olan ölkələr İsrailə qarşı toplandı –Türkiyənin istəyi ilə

Bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Sammitinin sədri statusunda Türkiyənin çağırışı və ev sahibliyi ilə Qüdsdəki Əl-Aqsa məscidi ətrafında cərəyan edən hadisələri müzakirə etmək üçün İstanbul şəhərində İƏT İcraiyyə Şurasının fövqəladə iclası keçirilib.

Strateq.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, iclasda Azərbaycanı Xüsusi Tapşırıqlar üzrə səfir Şahin Abdullayev təmsil edib.

Ş.Abdullayev Qüds məsələsi və Əl-Aqsa məscidi ətrafında cərəyan edən hadisələrlə əlaqədar Azərbaycanın mövqeyini səsləndirib və tədbirin təşkil edilməsinə görə Türkiyəyə təşəkkürünü ifadə edib.