XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2015 - 18:26

Türkiyənin Diyarbəkir bölgəsində vəziyyət yenidən gərginləşib

Türkiyənin Diyarbəkir bölgəsində vəziyyət yenidən gərginləşib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Demokratik Bölgələr Partiyasının (DBP) çağırışı ilə küçəyə çıxan bir qrup gənc bölgənin fövqəladə vəziyyət elan olunmuş Sur mahalına doğru hərəkət etməyə cəhd edib.
 
Lakin polis koridorunu keçə bilməyən kütlə iğtişaşlar törədərək küçədə tonqal qalayıblar. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qrup dağılmaqdan imtina edib. Əksinə, tonqalı söndürməyə çalışan polislər daşa basılıb. Polis iğtişaşı yatırmaq üçün kütləyə qarşı su şırnağından və bibər qazından istifadə edib.