XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 August 2017 - 13:36

Qurğular arasında internetsiz əlaqəyəimkan verən texnologiya

“Google” şirkəti bir-birinə yaxın məsafədə yerləşmiş qurğular arasında şifrələnmiş genişzolaqlı rabitəni təmin edən “Nearby Connections API” texnologiyasının ikinci versiyasını çıxarıb.

Azərtac “macdigger.ru” saytına istinadən xəbər verir ki, “Nearby” qurğular arasında əlaqə qurmaq üçün “Wi-Fi” və “Bluetooth” modullarından istifadə edir. İnternetdən istifadə edilmir.

Bu texnologiya cihazlar arasında məlumat mübadiləsinə imkan verir. Bu texnologiya çoxlu sayda insanın olduğu kiçik otaqda ünsiyyət saxlamağa kömək edəcək.

“Nearby 2.0” texnologiyası artıq bütün istifadəçilər üçün əlçatandır.