“Azərbaycan tərəflərin qarşılıqlı maraqları çərçivəsində ABŞ və Avropa İttifaqı ilə gələcəkdə də dialoq və əməkdaşlığı genişləndirməyə hazırdır”.
apa.az-ın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin ATƏT Daimi Şurasının 1082-ci iclasında Leyla Yunusun azad olunması ilə bağlı yaydığı bəyanatda deyilir.
Bəyanatda, Bakı Apellyasiya Məhkəməsi tərəfindən dekabrın 9-da Leyla Yunus barədə hökmün humanitar əsaslarla dəyişdirilməsi barədə məlumat da verilib.