XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 December 2015 - 07:59

Universitetin prorektoru dünyasını dəyişdi

Bu gün səhər saatlarında Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru, dosent Fərhad Cəfərov dünyasını dəyişib.

Bu barədə stateq.az-a mərhumun həyat yoldaşı Aygün Vəkilova məlumat verib. O bildirib ki, Fərhad Cəfərov səhər saatlarında Mərkəzi Kliniki Xəstəxanada ürək çatışmazlığından dünyasını dəyişib.

Xatırladaq ki, AzMİU-nin prorektoru Fərhad Mövsüm oğlu Cəfərov 1970-75-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.

1985-1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun qiyabi aspirantura şöbəsində təhsil alıb.

2004-cü ildə Beynəlxalq Nəqliyyat Akademiyasına üzv seçilib.

1975-1977-ci illərdə Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və istismarı Nazirliyinin Layihə axtarış bürosunun böyük mühəndisi, şöbə rəisi, 1977-1982-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun «Avtomobil yolları, körpülər və tunellər» kafedrasının baş müəllimi, 1982-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun «Yol inşaat» fakültəsinin dekan müavini işləyib.

1992-1997-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun «Avtomobil yolları körpülər və tunellər» kafedrasının müdiri,

1997-2000-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun «Nəqliyyat» fakültəsinin dekanı vəzifələrində çalışıb.

2000-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru və eyni zamanda «Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili» kafedrasının müdiri vəzifəsini daşımışdır. .

50-dən çox dərc edilmiş əsərlərin, «Yollar kəsişmələrində mühəndisi qurğular», «Avtomobil yollarının istismarı» adında iki dərslik və «Nəqliyyatda ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli istifadənin təşkili» adında bir dərs vəsaitinin müəllifidir.

Mərhum bu gün dəfn olunacaq.

Vida mərasimi Memarlıq və İnşaat Universitetində keçiriləcək.

Allah rəhmət eləsin!