Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov qəsəbədə yerləşən Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidinin bağlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
O, aznews.az-a açıqlamasında Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidinin bağlanmadığını bildirib:
“Məscid bağlanmayıb. Sadəcə olaraq, bəzi tədbirlərin keçirilməsi məqsədəuyğun sayılmayıb”.