Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna yeni direktor təyinatı olub.
İnstitutdan verilən məlumata görə, bu vəzifəyə AMEA-nın müxbir üzvü, eyni zamanda, bir müddət institutun direktor vəzifəsini icra etmiş Möhsün Nağısoylu gətirilib.
Xatırladaq ki, Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev noyabrın 27-də mənzilində dəm qazından boğularaq, dünyasını dəyişib.