XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Avqust 2017 - 21:40

Qubada maşın dərəyə aşıb –Ölən və xəsarət alan var

Bu gün Quba rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. 

Hadisə Afurca kəndi ərazisində baş verib. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Səmədov Vüsal Xeyrulla oğlunun idarə etdiyi "Opel" markalı maşın hündürlükdən dərəyə aşıb.

Qəza nəticəsində sərnişin Samir adlı şəxs dünyasını dəyişib. Sürücü isə ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.