XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2015 - 10:01

“Günəşli” yatağına əlavə desant qrupu göndərilib – Rəsmi

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” gəmisindən 5 təcrübəli yanğınsöndürən xüsusi yanğınsöndürmə avadanlığı və mühafizə vasitələri ilə “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülünə desant edilib.  

Strateq.az FHN-in saytına istinadən xəbər verir ki, dekabrın 10-da saat 15:35-də özülə desant edilən qrup 6 saat ərzində SOCAR-ın işçiləri tərəfindən yanan quyular ətrafında aparılan qəza-bərpa işlərinin təhlükəsizliyini təmin ediblər.  

“Bu gün isə saat 09:00-da “Vixr-8” gəmisindən 4 nəfər tərkibdə qrup 10-cu özülə desant edilib. özüldə aparılan bütün qəza-bərpa işlərinin davam etdiyi vaxt ərzində yanğından mühafizənin desant qrupları həyata keçirilən işlərin və işçilərin təhlükəsizliyini, təhlükə zamanı onların mühafizəsini və təxliyyə olunmasını təmin edir.  

FHN 10 saylı dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi istiqamətində fasiləsiz olaraq tədbirlərini davam etdirir”.