XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2015 - 10:25

Sabahın hava proqnozu açıqlandı – Nazirlik

Sabah Bakı və Abşeron yarımadasının bəzi yerlərində zəif duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, havanın temperaturu gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaq.  

Sabah Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 8-13, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.  

Dekabrın 12-13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.