XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Avqust 2017 - 13:58

Azərbaycanda qızmar istilər olacaq –Nazirlikdən xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda havanın temperaturunun qalxacağı haqda xəbərdarlıq yayıb.

Strateq.az nazirliyə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında avqustun 05-dən birinci ongünlüyün sonunadək havanın maksimal temperaturunun 35-39,  bəzi günlərdə 41 dərəcə isti olacaq:

"Azərbaycanın rayonlarında avqustun 05-dən birinci ongünlüyün sonunadək hava şəraitinin isti olacağı, havanın maksimal temperaturunun  35-40, bəzi günlərdə Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarında 43, dağlıq rayonlarda  isə  29-34 dərəcə isti olacağı gözlənilir".