XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Avqust 2017 - 14:41

Dəniz kuboku – 2017: Rusiya və İran gəmiləri hədəfləri dəqiq vurdu –VİDEO

Dəniz kuboku – 2017 müsabiqəsi çərçivəsində “Hava hədəfinə artilleriya atışı” üzrə 2-ci epizod icra edilib.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, yarışlarda iştirak edən Rusiyanın “Qrad Sviyajsk” kiçik raket gəmisi və İranın “Cövşən” raket kateri hava hədəflərini məhv edərək tapşırığı yerinə yetiriblər.

Azərbaycanın G-124 gözətçi və Qazaxıstanın “Sarıarka” raket artilleriya gəmiləri isə gəmi heyətlərindən asılı olmayan səbəblərdən hədəflərdə yaranan texniki nasazlığa görə tapşırıqları növbəti gün icra edəcəklər.

Bu gün isə gəmi heyətləri müsabiqənin “Üzən minaya artilleriya atışı” epizoduna qatılaraq minaları təqlid edən hədəflərin məhv edilməsində yarışacaqlar.