XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

04 Avqust 2017 - 15:36

Qurban Qurbanovdan “Kopenhagen”lə oyun haqda açıqlama:"İstənilən halda şansımız var"

“Beş potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik və bu baxımdan “Kopenhagen” də istisna deyildi”. 

Bunu “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının (ÇL) pley-off mərhələsi üzrə püşkatmanın nəticələrini dəyərləndirərkən deyib.

Qırx beş yaşlı mütəxəssis ÇL-in qrupuna düşmək uğrunda qarşılaşacaqları Danimarka çempionu “Kopenhagen”i incələyəcəklərini söyləyib: “Rəqibimizin gücü bəllidir, vaxtımız azdır. İstənilən halda şansımız var və bundan istifadə etməyə çalışacağıq. Rəqibi analiz edib oyuna maksimum şəkildə hazırlaşacağıq”.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 15-16-da, cavab matçları isə həmin ayın 22-23-də keçiriləcək. İlk oyun Bakıda baş tutacaq/Report.