XƏBƏR LENTİ

05 Mart 2021
04 Mart 2021

Digər Xəbərlər

04 Avqust 2017 - 15:50

Kolleclərdə oxumaq istəyən 11 mindən çox abituriyent seçimi edib –DİM

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 6 avqust saat 23:59-dək davam edəcək.

Strateq.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Məlumatda qeyd edilib ki, bu gün 15:10-a qədər 11 178 abituriyent ixtisas seçimi edib. Onlardan 10810-u Azərbaycan bölməsi, 368-i rus bölməsinin məzunudur. Müsabiqəyə qeyd olunan müddət ərzində ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.