XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2015 - 12:33

“Zeynəb xanım xəstədir…” – Köməkçisindən xəbərdarlığa cavab

Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən ilk iclası gözlənilməz hadisə ilə müşayiət olunub. Belə ki, iclasda çıxış edən Komitə sədri Rafael Hüseynov toplantıya qatılmayan deputatlara xəbərdarlıq edib.

İclasa gəlməyən deputatlar isə Zeynəb Xanlarova və ülviyyə Həmzəyeva olub. Komitə sədri deputatları nizam-intizam qaydalarına riayət etməyə çağırıb.

Naxçıvandn seçilən ülviyyə Həmzəyevanın vacib işi olduğu üçün Komitənin iclasına qatıla bilmədiyi söylənilib.

Zeynəb Xanlarovanın isə hansı səbəbə görə iclasa qatıla bilməməsi haqqında bilgi olmayıb.

Modern.az saytı məsələ ilə əlaqədar Zeynəb Xanlarovanın özü ilə əlaqə saxlamağa çalışıb. Köməkçisi Zeynəb Xanlarovanın adından onun iclasa nə üçün qatıla bilməməsinin səbəbini açıqlayıb: 

“Zeynəb xanım xəstədir. İclasa qatıla bilməməsinin də səbəbi boğaz ağrısıdır. Başqa heç nə deyə bilmərəm”.