XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

04 Avqust 2017 - 20:19

Rusiyada azərbaycanlıları yoxladılar –Axtarışda olan Özbəkistan vətəndaşına görə

Samarada hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlılara məxsus bazarda və meyvə-tərəvəz bazasında reyd keçiriblər.

Report-un məlumatına görə, polis Samarada Rusiya Daxili İşlər Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsinin Ekstremizə qarşı Mübarizə Mərkəzinin iki əməliyyatçısına silahlı hücum edən, milliyyətcə özbək olduğu ehtimal olunan asiyalını axtarıb.

Əməliyyat-axtarış tədbirləri zamanı polis əməkdaşları şübhəli şəxsin dəfələrlə görüldüyü və işlədiyi güman edilən Kirovski rayonundakı meyvə-tərəvəz bazasına reyd təşkil edib. Əməliyyat zamanı bazarda işləyən bir neçə azərbaycanlı şəxsiyyəti müəyyən edilməsi üçün saxlanılıb.

Samara vilayətinin Azərbaycanlılar Liqasının sədr müavini, istefada olan polis polkovniki Rəhman Əliyev bildirib ki, saxlanılanlar qısa müddətdən sonra buraxılıblar.

Onun sözlərinə görə, Samarada olan diasporumuz azərbaycanlılarla bağlı bütün proseslərə nəzarət edir.

Qeyd edək ki, istintaq versiyasına görə avqustun 2-də sənədlərin yoxlanışı zamanı şübhəli şəxs iki polis əməkdaşına hücum edib, onların döş qəfəsi nahiyəsinə azı bir bıçaq zərbəsi endirib.

Hər iki polis yerli xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. Şübhəli şəxsin fotosu bütün polis şöbələrinə paylanılıb.