"Avropa Komissiyası Trampın administrasiyasından daha mütəşəkkildir".
Bu barədə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker “Politico” qəzetinə müsahibəsində bildirib.
“Hər-hansı daxili çətinliklərə baxmayaraq, biz ziddiyyətləri məsələləri insanların işdən qovulması ilə yox, şəxsi söhbət vasitəsilə həll edirik”, – deyə J-K.Yunker vurğulayıb.
Qeyd edək ki, son həftələr ərzində Ağ Evdə bir sıra təzadlı kadr dəyişiklikləri baş tutub.
APA