XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

05 Avqust 2017 - 00:26

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı –DİM-dən açıqlama

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün bu gündən ixtisas seçimi başlayıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, abituriyentlər yalnız avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər.

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi 10-dək aparılacaq.

I, II, III, IV ixtisas qruplarından hər hansı biri  və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.

Qeyd edək ki, iyulun 29-dan ali təhsil müəssisələrinə I – IV ixtisas qrupları üzrə ixtisas seçimi başlayıb. I – IV qruplar üzrə ixtisas seçimi avqustun 10-dək internet vasitəsilə aparılacaq.