XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

11 Dekabr 2015 - 13:47

“Mənə görə narahat olmayın…” – Dilqəm ailəsinə məktub yazdı

“Mənə görə narahat olmayın. Vəziyyətim yaxşıdır”.

Bu sözləri, ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov ailəsinə göndərdiyi məktubda yazıb. 

Dilqəmin qardaşı Sahib Musayev açıqlamasında erməni girovluğunda olan qardaşının məktubundan danışıb: 
 
“Dilqəm məktubda yazıb ki, hər şey yaxşıdır. Ona qış paltarları göndərmişdik. Yazıb ki, həmin paltarları alıb və geyinir. Hər kəsə salam yazıb. Səhhətində də elə ciddi problem olmadığını qeyd edib”. 
 
S.Musayev Dilqəmin məktubunda müəyyən yerlərin silindiyini deyib: 
 
“Əvvələr məktubda olan bəzi cümlələri ağardıcı qələmlərlə pozardılar. İndi isə rənglı kraska ilə silinib”.
 
Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən, Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək, öldürülüb. 
 
H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. azvision.az