XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Avqust 2017 - 00:39

“O, Messinin kölgəsində qalmaq istəmirdi…” –Neymarın atası

“Barselona”dan PSJ-yə transfer olan Neymarın atası Senyor Neymar oğlunun seçimininin səbəbini açıqlayıb.

Braziliyalı hücumçunun həm də meneceri olan ata Neymar, oğlunun “Barselona”dan ayrılmasının əsas səbəbi kimi Kataloniya klubunda Lionel Messinin kölgəsində qalmasını göstərib:

“Messi bir ulduzdu və həmişə ulduz olaraq qalacaq. Hamı Neymarı Messinin əvəzləyicisi kimi görürdü. O, artıq kiminsə kölgəsində qalmaq istəmirdi. Messidən ayrılmalı idi. Çünki o, “Barselona”da əsl idoldu”.

Xatırladaq ki, “Barsa”dan PSJ-yə 222 milyon avro qarşılığında keçən Neymar, yeni transfer rekorduna imza atıb/Publika.az.