XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

06 Avqust 2017 - 11:14

Qaçqınkom yataqxanada baş verən yanğınla bağlıaçıqlama yayıb

Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğın nəticəsində ölən və yaralananlar yoxdur.

Trend-in verdiyi məlumata görə, bu haqda Dövlətqaçqınkomun yaydığı açıqlamada deyilir.

Açıqlamaya görə, hadisə baş verən zaman Dövlətqaçqınkomun sədr müavini və digər məsul şəxsləri həmin ərazidə olublar.

Hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş vermə səbəbləri araşdırılır. Bundan sonra müvafiq dövlət orqanları ilə birlikdə lazımı tədbirlər görüləcəkdir.

Qeyd edək ki, dünən gecə Sumqayıt şəhərində beşmərtəbəli yataqxanada yanğın baş verib.