“Brent” markalı neftin bir barrelinin qiyməti 2008-ci ildən bu vaxtadək ən aşağı qiymətə satılıb.
Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 38 dollar göstəricisindən aşağı düşərək 37,93 dollar olub.
Bu, “Brent”in bir barrelinin son 7 ildə satıldığı ən aşağı qiymətdir.